Española versiónEnglish version
16 May 2019 tarixində "Evsen" Şirkətlər Qrupu və "Evsen" Fondunun Prezidenti cənab Ali Evsen İspaniyadakı iqamətgahında Mübarək Ramazan ayının ənənəvi iftar süfrəsini təşkil etmişdir. 170 nəfərlik iftar ziyafətində İspaniyanın:

Konstitusiya Məhkəməsinin sədri Juan José González Rivas; Kralın Protokol Xidmətinin rəhbəri Alfredo Martínez Serrano; Sabiq Daxili İşlər Naziri Jorge Fernández Díaz; Dini Hərbi Tribunal rəhbəri Juan del Rio; İspaniya Müsəlman İcmasının rəhbəri Riay Tatari; Ortodox Kilsəsinin nümayəndəsi Metropolit Polikarpo; Baş Prokuror Javier Zaragosa; La Razon qəzetinin rəhbəri Francisco Marhuenda; Türk-İspan Ticarət Palatasının nümayəndəsi Yasemin Korukçu; THY'nın İspaniya nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu; Ali Məhkəmənin hakimi Javier Borrego; İspaniya və Türkiyə televiziyasının çəkiliş qrupları; Diplomatik Korpusun nümayəndələri; İş adamları və s kimi görkəmli şəxsiyyətlər iştirak etmişlər.

Qonaqları salamlayan və nitq söyləyən Ali Evsen cənabları son zamanlarda inanclı insanları biri-birinə düşürmək üçün dini alət edib provokasiya yaradan din düşmənlərinin imanlı insanların ölümünə səbəb olmaqda davam etdiklərini şiddətlə pisləmişdir. "...Uca Rabbimizin hüzurunda, Rabbimizin evində ona dua etmək, yalvarmaq uçün getdikləri əsnada xainlər tərəfindən, din düşmənləri tərəfindən, insanları biri-birilərinə düşürməyə çalışan böyük güc, imansız güc tərəfindən ələ alınmış canilərdir". Onlara qarşı birlik və bərabərlik içərisində olduğumuzu göstərmək və mübarək günlərdə biri-birimizi anlamaq, bir süfrə, bir masanı paylaşmanın dini bəhanə edərək bizi ayırmağa çalışan mənfi güclərə böyük bir dərs olacağını vurğuladı.
Daha sonra Ali Evsen cənabları Fondumuzun yeni bir layihəsi - İspaniya və Azərbaycanın məhşur heykəltaraşlarının birgə tərtib etdikləri 3 dinin bərabərliyini təcəssüm etdirən ağac heykəlinin eskizlərini qonaqların diqqətinə təqdim etmişdir.

EUROPA PRESS
Catalá destaca el papel de las religiones para preservar la paz y la concordia "en estos tiempos"
EL PERIODICO
España organizó su III jornada sobre las Religiones y su contribución a la concordia y a la paz, organizadas por la Fundación EVSEN
YAP NEWS
İspaniyada "III Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda beynəlxalq konfrans
EL DIARIO NEWS AGENCY
La Fundación Evsen pide "construir puentes para que no se asocie el extremismo a la religión"
TELECINCO TV
III Conferencia Mundial sobre Religiones y Paz en Madrid: líderes religiosos se unen para hacer frente al terror islámico
AZERTAC NEWS AGENCY
Madriddə "III Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" beynəlxalq konfransı keçirilib
Dünyanın müxtəlif qitələrindən 27 dən artıq ölkənin yüksək səviyyəli din adamları və siyasətçilərinin, o cümlədən İspaniyanın rəsmi qurumları, iş adamları, ali təhsil ocaqlarının rəhbərləri, İspaniyada akkreditə olunmuş səfirlər başda olmaqla diplomatik korpus nümayəndələri, qeyri hökumət təşkilatları və s. rəsmi şəxslər daxil olmaqla 1100 dən çox yüksək səviyyəli qonaqlar qatılmışdır. III Madrid Beynəlxalq Konfransının əldə etdiyi nəticələrə dair din xadimləri tərəfindən - Madrid Deklarasiyası imzalanmışdır.
HAMISINA BAX