Española versiónEnglish version
"Evsen" Fondunun Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlığı və İspaniyanın Ədliyyə Nazirliyinin dəstəyi ilə İspaniya Krallığının paytaxtı Madrid şəhərində cari ilin 5 noyabr tarixində "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda sayca üçüncü ənənəvi Beynəlxalq Konfrans keçirildi.

Dünyanın müxtəlif qitələrindən geniş tərkibdə Türkiyə, İran, İraq, Misir, Rusiya, İsrail, Albaniya, Avstriya, Kolumbiya, Malayziya, Meksika, Mərakeş, Fələstin, Peru, Rumıniya, Suriya və s. 27 dən artıq ölkənin yüksək səviyyəli din adamları və siyasətçilərinin, o cümlədən İspaniyanın rəsmi qurumları, iş adamları, ali təhsil ocaqlarının rəhbərləri, müəllim və tələbə heyyətləri, İspaniyada akreditə olunmuş səfirlər başda olmaqla diplomatik korpus nümayəndələri, qeyri hökumət təşkilatları və s. rəsmi şəxslər daxil olmaqla 1100 dən çox yüksək səviyyəli qonaqlar qatılmışdır.

Dini azlıqlara həsr olunmuş bu ilki tədbir 2 hissədən ibarət idi. Tədbirin birinci hissəsində hər üç dinə mənsub din xadimləri vahid masa ətrafında toplanıb öncə yaşadıqları ölkılərdə dini azlıq təşkil edən nümayəndələri nin fikirlərini, ehtiyac və problemlərini dinlədi, sonra isə onların yaşadıqları ölkələrin çoxluq təşkil edən nümayəndələri buna dair öz fikir və mülahizələrini bildirdilər.
Konfransın gedişində Azərbaycan Respublikası Prezidenti zati-aliləri İlham Əliyev cənablarının, o cümlədən İspaniya Kralı VI Filipin iştirakçılara ünvanladıqları məktublar səsləndirildi, böyük ruh yüksəkliyi və alqışlarla qarşınladı.

Konfransı giriş sözü ilə açan Evsen Fondunun Prezidenti Ali Evsen cənabları tədbir iştirakçılarını salamlayararaq, iştiraklarından dolayı təşəkkürlərini bildirdi, sağlam imanlı gələcək nəslin formalaşmasında dindarların mühüm rolunun olduğunu vurğuladı. Daha sonra, dini azlıqlar istiqamətində çıxışını davam etdirərək onların yaşadıqları cəmiyyətlərin ayrılmaz bir hissəsi olduqlarını bildirdi. Madrid Konfransının gedişatı və nüfuzlu iştirakçıları ilə müsahibələr Azərbaycan, İspaniya ilə yanaşı beynəlxalq media orqanında geniş işıqlandırıldı.

III Madrid Beynəlxalq Konfransının əldə etdiyi nəticələrə dair din xadimləri tərəfindən yekun sənəd - Madrid Deklarasiyası tertib edilib imzalanmışdir. Sözü gedən deklarasiyanın müddəalarında dünya ictimaiyyəti, cəmiyyətlərinin böyük ehtiyac duyduğu məqamlar öz əksini tapmışdır.


Bunların sırasında müxtəlif dinlərə mənsub uşaqların vəhdət bayramı - Mələklər Gününün təsis edilməsi, habelə dini azlıqlar üçün müqəddəs günlərin, bayramların qeyd edilməsi, dövlət televiziya kanallarında dini azlıqların programlarının efirə verilməsi ideyaları yer almışdır.

Konfransın yaddaqalan məqamlarından Türkiyənin məşhur Antakya Mədəniyyətlərarası Xorunun iştirakı, uşaqlar tərəfindən sülh rəmzi olan ağ göyərcinlərin buraxılması və xüsusi olaraq Evsen Fondu tərəfindən hazırlanmış insanlıq tarixini əks etdirən qızıl və gümüş panoların ali qonaqlara xatirə hədiyyəsi kimi təqdimatı oldu.


"Evsen" Fondu olaraq həyata keçirdiyimiz bu təşəbbüslərəməz qloballaşmış müasir dünyamızda ictimai fikrin formalaşmasına, gələcəyimiz olan uşaqlarımızın gözəl, sülh və hüzurlu bir dünyada yaşamaları üçün bir-biriləri arasında qarşılıqlı dialoqun olmasına çalışacaqdır.

Qeyd: İnternet səhifəmizi ziyarət edən Siz dəyərli dostlar! Önümüzdəki konfransın daha hayırlı, faydalı keçməsi üçün önümüzü açacaq dəyərli təkliflərinizi və tənqidlərinizi yazmanzı rica edirik. organization@foundationevsen.es və ya office@evsengroup.az
EUROPA PRESS
Catalá destaca el papel de las religiones para preservar la paz y la concordia "en estos tiempos"
EL PERIODICO
España organizó su III jornada sobre las Religiones y su contribución a la concordia y a la paz, organizadas por la Fundación EVSEN
YAP NEWS
İspaniyada "III Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda beynəlxalq konfrans
EL DIARIO NEWS AGENCY
La Fundación Evsen pide "construir puentes para que no se asocie el extremismo a la religión"
TELECINCO TV
III Conferencia Mundial sobre Religiones y Paz en Madrid: líderes religiosos se unen para hacer frente al terror islámico
AZERTAC NEWS AGENCY
Madriddə "III Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" beynəlxalq konfransı keçirilib
Dünyanın müxtəlif qitələrindən 27 dən artıq ölkənin yüksək səviyyəli din adamları və siyasətçilərinin, o cümlədən İspaniyanın rəsmi qurumları, iş adamları, ali təhsil ocaqlarının rəhbərləri, İspaniyada akkreditə olunmuş səfirlər başda olmaqla diplomatik korpus nümayəndələri, qeyri hökumət təşkilatları və s. rəsmi şəxslər daxil olmaqla 1100 dən çox yüksək səviyyəli qonaqlar qatılmışdır. III Madrid Beynəlxalq Konfransının əldə etdiyi nəticələrə dair din xadimləri tərəfindən - Madrid Deklarasiyası imzalanmışdır.
HAMISINA BAX