İspaniya ilə yanaşı Azərbaycan, İran, Türkiyə, İraq, Misir, Rusiya, İsrail, Albaniya, İngiltərə, Mərakeş və s. 56 ölkədən 600 insanın qatıldığı konfransda sözü gedən ölkələrin tanınmış dövlət və hökumət rəsmiləri, ali dini liderləri, iş adamları və ziyalılar iştirak etmişdirlər. Tədbir üç əsas dinin yüksək səviyyəli təmsilçiləri - Kardinal Antonio Maria Rouko Varela, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Şlomo Moşe Amar, Rusiya Patriarxı Kirillin özəl nümayəndəsi - Filoret Ata həzrətləri və Evsen Fondunun Prezidenti Ali Evsen həzrətlərinin iştirakı ilə keçirilən mətbuat konfransı ilə başlandı. |