Española versión
Müasir dünyamızda sürətlə cərəyan edən siyasi proseslər təəssüf ki, müxtəlif xalqların inanclarından dolayı yaranan fərqləri vurğulamışdır. Nəticə olaraq, milyonlarla insan dinin çeşidli səbəblərdən qarşıdurmalara bəhanə edilməsindən əziyyət çəkməkdədir.

Çağdaş dünyamızda müəyyən siyası maraqlardan qaynaqlanaraq müsəlmanlara qarşı neqativ fikirlərin formalaşdırılması nəticə olaraq digər dinlərin müəyyən nümayəndələri arasında sülh və ədalət rəmzi olan dinimizə, peyğəmbərlərimizə qarşı hörmətsizlik törədilməsinə gətirib çıxarır ki, bu da dini zəmində qarşıdurmalara şərait yaradaraq bəşəri sülhü təhlükə altına alır.
Bu səbəbdən dinlərimizin təhrif olunmuş şəkildə dünya ictimaiyyətinə çatdırılaraq bu və ya digər dinə qarşı mənfi, provokativ mövqeyin formalaşmasına qarşı çıxış edib dinlərimizin təbliğ etdiyi sülh, mərhəmət, dözümlülük, ədalət, əxlaq kimi ortaq dəyərləri bütün dünyaya çatdırmalı, tərbiyə etdiyimiz, formalaşdırdığımız gənc nəsilə aşılamalıyıq.

Sülh ümumbəşəri bir məsuliyyətdir və ona doğru hər bir insan, cəmiyyətdə yaşayan hər bir fərd cəhd etməli, daha sağlam, daha ədalətli vətəndaş cəmiyyətinin rifahı və bu cəmiyyətdə sülh mədəniyyətinin inkişafı üçün imkanı qədərində qatqı verməlidir.

Evsen Fondu olaraq üzərimizə götürdüyümüz və davamlı şəkildə həyata keçirməyə çalışdığımız bu şərəfli missiyanın yeni bir təzahürü olaraq II Beynəlxalq Konfransımızı 6 Noyabr, 2017 il tarixlərində İspaniyanın paytaxtı Madrid şəhərində keçirtdik. Bu təşəbbüsümüzün də İspaniya hökuməti, konkret olaraq Ədliyyə Nazirliyi tərəfindən müsbət qarşılanaraq dəstəklənməsi və şəxsən Nazir tərəfindən konfransın açılışı İspaniyanın tolerant ölkə olaraq, dinlərə və multikultural dəyərlərə verdiyi önəmin daha bir təzahürüdür.

Geniş bir tərkibdə keçirilən, İspaniya ilə yanaşı Azərbaycan, İran, Türkiyə,İraq, Misir, Rusiya, İsrail, Albaniya, İngiltərə, Mərakeş və s. 56 ölkələrdən 600 insanın qatıldığı konfransda sözü gedən ölkələrin tanınmış dövlət və hökumət rəsmiləri, dini liderləri, iş adamları və ziyalıları iştirakı etmişdirlər. Keçən ildən fərqli olaraq, bu il konfransımıza rəsmi hissə ilə yanaşı Türkiyənin Mədəniyyət Nazirliyinin tabeliyində olan 36 nəfərdən ibarət, 3 səmavi dini kültürle anlatan təmsil edən Antakya Mədəniyyətlər Xorunun və İspaniyanın UNED Xorunun müştərək iştirakı və gənc nəslin təmsilçiləri tərəfindən sülh rəmzi olan göyərçinlərin havaya buraxılması ilə bədii mədəni hissə də əlavə olundu.

İlk konfransımızın müsbət təsirindən ilhamlanan məşhur heykəltaraş tərəfindən yaradılmış, 3 dinin bərabərliyini göstərən heykəl, bu ilki konfransın xatirə hədiyyəsi olaraq Evsen Fondunun prezidenti cənab Ali Evsen tərəfindən dəstəyini əsirgəməyən qonaqlara təqdim edildi.


Konfrans zamanı qeyd ediləcək önəmli məqamlardan biri də, Ali Evsen cənablarının düşüncələri və eskizləri əsasında məşhur İspan rəssamı Juan Fortuny tərəfindən qələmə alınmış, insanlıq tarixini əks etdirən möhtəşəm rəsm əsərinin açılışı və təqdimatı oldu.


Qeyd edək ki, sözü gedən rəsm əsərindən bəhs edən, onu anlatmaq məqsədi ilə Ali Evsen cənablarının müəllifi olduğu kitab da eyni zamanda konfrans iştirakçılarına təqdim edildi.


Tədbir üç əsas dinin yüksək səviyyəli təmsilçiləri - Kardinal Antonio Maria Rouko Varela həzrətləri, Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri, Şlomo Moşe Amar həzrətləri, Rusiya Patriarxı Kiril həzrətlərinin göndərdiyi özəl nümayəndə - Filoret Ata həzrətləri və Evsen Fondunun prezidenti Ali Evsen həzrətlərinin iştirakı ilə keçirilən mətbuat konfransı ilə başlandı. İştirakçılar İspaniyanın yerli və xarici media nümayəndələrinin mövzu ilə əlaqədar verdikləri suallarını layiqincə cavablandıraraq dinlərin zorakılıq aləti, münaqişələrə bəhanə deyil sülh və əminamanlıq mücəssəməsi olduqlarını bildirib, bütün dindarları bu yolda səylərini səfərbər etməyə çağırdılar.

Mətbuat konfransından sonra başlayan tədbirin əsas hissəsində geniş bir çıxış programı yer aldı. Tədbiri giriş sözü ilə açan Evsen Fondunun prezidenti Ali Evsen cənabları konfransın təşkilatçısı olaraq qonaqları salamladıqdan və tədbirin əhəmiyyətini anlatdıqdan sonra "II Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" beynəlxalq konfrans öz işinə başlamışdır.
EUROPA PRESS
Catalá destaca el papel de las religiones para preservar la paz y la concordia "en estos tiempos"
EL PERIODICO
España organizó su II jornada sobre las Religiones y su contribución a la concordia y a la paz, organizadas por la Fundación EVSEN
YAP NEWS
İspaniyada "II Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda beynəlxalq konfrans
EL DIARIO NEWS AGENCY
La Fundación Evsen pide "construir puentes para que no se asocie el extremismo a la religión"
TELECINCO TV
II Conferencia Mundial sobre Religiones y Paz en Madrid: líderes religiosos se unen para hacer frente al terror islámico
AZERTAC NEWS AGENCY
Madriddə "II Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" beynəlxalq konfransı keçirilib
İspaniya ilə yanaşı Azərbaycan, İran, Türkiyə, İraq, Misir, Rusiya, İsrail, Albaniya, İngiltərə, Mərakeş və s. 56 ölkədən 600 insanın qatıldığı konfransda sözü gedən ölkələrin tanınmış dövlət və hökumət rəsmiləri, ali dini liderləri, iş adamları və ziyalılar iştirak etmişdirlər. Tədbir üç əsas dinin yüksək səviyyəli təmsilçiləri - Kardinal Antonio Maria Rouko Varela, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Şlomo Moşe Amar, Rusiya Patriarxı Kirillin özəl nümayəndəsi - Filoret Ata həzrətləri və Evsen Fondunun prezidenti Ali Evsen həzrətlərinin iştirakı ilə keçirilən mətbuat konfransı ilə başlandı.
HAMISINA BAX