Española versión
"Evsen" Şirkətlər Qrupunun prezidenti: Ali Evsen (Konfransın təşkilatçısı)
Dəyərli dostum, hörmətli Xose Luis Mendoza cənabları!
Hörmətli Dövlət Müşavirimiz!
Çox hörmətli Şeyx həzrətləri!
Hörmətli Kardinal həzrətləri və hörmətli dini icma rəhbərləri!
Hörmətli, dəyərli Səfirlərimiz!
Çox dəyərli rektorlarımız!
Çox dəyərli müəllimlər, tələbələr!
Hörmətli Xanımlar və Cənablar!


Bu gözəl elm və iman ocağında sizlərlə bərabər olmaq, siz, dəyərli gənclərimiz və sizi eyitən dəyərli öyrətmənlərinizlə bərabər olmaqdan çok mütluyuz. Bundan dolayı, çox dəyərli elm adamı, dostumuz, Joze Manuel Mendoza cənablarına, yaratdığı gözəl qəbula görə minnətdarlığımı bildirirəm.

Hörmətli Xanımlar və Cənablar!
Hər şeydən öncə, bu gözəl elm və iman ocağının Olimpiadada əldə etdiyi başarı və medallardan dolayı, medal alan gənclərimizi, onları eyitənləri və onlar yarışarkən televizion qarşısında həyəcanla onları dəstəkləyən, başarılarına sevinən və o anı onlarla yaşayan siz gənclərimizi salamlayıram.

Dəyərli gənclər!
Təsadufi deyil ki, İspaniya Dövlətinin qazandığı 17 medaldan 11-nin bu elm və iman ocağının payına düşməsi, məhz sizin imanınız, Allahın mərhəmətinə sığınmağınız və hər başladığınız işdə ondan yardım diləməniz sayəsində olmuşdur.
Adəm Peğəmbərimizdən bu günə qədər, dönəm-dönəm, Uca Rəbbimiz insanları doğru yola ilətmək üçün, onları kötülüklərdən və yanlış yoldan uzaqlaşdırmaq üçün Peyğəmbərlər göndərmişdir. Amma Şeytan, insanın yaradıldığı gündən bəri, Uca Rəbbimizin yaratdığı insan qarşısında bütün mələklərin səcdə etməsinə baxmayaraq, səcdə etməməsi üzündən qovulmuş və Uca Rəbbimiz tərəfindən zamanı bilinən qiyamət gününə qədər ona süre verilmişdir. Şeytan da, o günə gədər insanların Uca Rəbbimizə layiq olmadığını və onları günahkar olaraq Rəbbimiz qarşısına çıxaracağını söyləmişdir.
O gündən bəri, Peyğəmbərlərimizin Allahın kəlamını insanlara çatdırmaq, onları doğru yola çəkmək üçün sərf etdikləri bu kutsal çalışmalarını, şeytan hər zaman onların ən yaxınındakılarla əngəlləməyə çalışmışdır. Bu gün din düşmanları çok güclü imkanlara sahiblər. Para, siz gəncləri yolundan şaşdıracaq, keçici mutluluq verəcək tüm alətlər əllərində mövcuddur. Onlara qarşı mücadələ etməmiz üçün içimizi imanla doldurmalıyız, hər hansı bir sıkıntıya düşdüyümüzdə içimizdəki imana və Allaha sığınmalıyız, Şeytanın təmsilçiləri olan din düşmənlərindən, onların bizi o anda rahatladacaqları, daha sonra uçuruma aparacaq əməllərindən kacınmalıyız. İçində bulunduğumuz bu elm ocağı, sizin içinizi aydınlatsın, beyinlərinizi Allah sevgisi ilə, pozitiv düşüncələrlə aydınlatması diləyiylə sizləri könüldən qucaklayıram.

Mursiya Katolik Universitetinin prezidenti: Jose Luis Mendoza
Təşəkkür edirəm! Bu tədbirin baş tutmasına görə Allaha minnətdaram. Bizim bu gün bu tədbirdə azərbaycanlı qardaşlarımızla bir araya gəldməmiz məhs onun sayəsində baş tutmuşdur. Bu tarixi bir məqamdır.Mən sizə dostlarım deyil, qardaşlarım deyə müraciət edirəm,çünki,bizim hamımızı Allah sevgisi birləşdirir.

Bundan dolayı, özəlliklə Ali Evsen cənablarına dərin minnərdarlığımı bildirirəm, eləcə də Silverio Niyeto Nunyez cənablarına, Azərbaycanın və bütün Qafqazın Şeyxülislamı başda olmaqla Azərbaycandan gələn nümayəndə heyətinin hər bir üzvünə dərin hörmət və ehtiramımı bildirir, bu tədbirdə iştirak edən hər bir kəsi salamlayıram.


"Sülh naminə Beynəlxalq Universitet" adlandırılan Mursiyanın San Antonio Katolik Universiteti "Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhvəsi" mövzusunda Konfransın təşkilində sizlərlə bir araya gəlməsindən dolayı qürur duyur. Bizim hamımızı Allah sevgisi birləşdirir.Onun gözü önündə biz hamımız bərabərik.
Bütün Qafqazin Şeyxülislamının, dini içma rəhbərləri və digər ölkə ziyalılarının bu mötəbər tədbirdə iştirakı şübhəsiz ki, əhalisinin əsas hissəsini müsəlmanlar təşkil edən bir ölkənin qarşılıqlı hörmət və əsrlərlə qorunub saxlanılan milli dəyərlərə söykənən tolerantlq ənənələri ilə yaxından tanış olmaq üçün müstəsna imkan yaradır.
Bu tədbirlərin keçirilməsi, digər məsələlərlə yanaşı tükənməz, davamlı dialoqa hazirlıq və problemlərdən birgə çıxış yolunun yeganə alternativ olduğunun dərk edilməsindən qaynaqlanan sülh mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir.
Universitetlərin sülh və birgəyaşayış mədəniyyətinin cəmiyyətin ən vacib amili kimi təlqin və təbliği ohdəliyi, bütün qitələrində qarşıdurmanın olduğu bir dunyada daimi şərtdir. Belə ki ,biz əminik ki, "dinlər arasında sülh olmadan, xalqlar arasında da sülh olmayacaq və dinlər arasında dialoq olmadan, dinlər arasında sülh olmayacaq".
Digər dinlərə mənsub insanlarla nə qədər çox dialoq aparılsa, öz mənsub olduğun dinin təqdim edilməsi bir o qədər asan olar. Buna görə, hər bir Universitet bu anlayışları aydınlaşdırmağa yardım etməli, insanların bununla bağlı fikirlərini bölüşməyə həvəsləndirməli və onları sülhməramlı dialoqa hazirlamalıdir.
Universitet içtimai akademik birlik olaraq həqiqət axtarışında olan müəllim və tələbələrdən ibarət bir qurum, çoxlu sayda fikir cərəyanlarının kəsişdiyi bir icmadır.

Əsl Universitet tədqiqat və tədris vasitəsilə insan ləyaqətini və xalqının mədəni irsinin qorunması və təbliği ilə məşğul olan icma kimi parlaq olmalıdır. Universitetlərin əhəmiyyətli rolunun gözlənildiyi dinlərarası dialoqun təbliği, cəmiyyətin əsas tələblərindəndir.

Papa Francisconun sozləri ilə desək "Artırmaq istədiyimiz müsbət qardaşlıq əməlləri gərginlik yaradib münaqişələrdən mənfəət qazanmaq istəyənlər tərəfindən qiymətləndirilməyəcək onun əksi olan dinlər yaxşını seçib dualarla əməllərin həyata keçirilməsinə kömək edir, bununla da İnsan Cəmiyyətinə xidmət etmiş olurlar"
Katolik Universitetinin cəmiyyətə verdiyi töhfələrdən biri də müxtəlif dini konfessiyaların nümayəndələri ilə ahəngdar əlaqələrin saxlanılması və inkişaf etdirilməsidir. Bu üzdən, olkəmizə təşrif buyuran Azərbaycanda mövcud əsas dini konfessiyaların rəhbərlərini, Bakı Dövlət Universitetinin Rektoru daxil olmaqla yüksək səviyyəli hökumət nümayəndələrini salamlayır, onlara xoş gəldiniz deyirəm.

Azərbaycan Respublikasının İspaniya Kralllığındakı fövqəladə və səlahiyyətli Səfiri: Anar Məhərrəmov
Hörmətli iştirakçılar və qonaqlar!
Xanımlar və cənablar!


Təşəkkür edirəm cənab Silverio, mən çıxışımı ispan dilində, qısaca bir şəkildə edəcəm. Bu gün bu tədbirdə hər iki ölkənin mötəbər rəsmiləri iştirak edirlər. Bundan dolayı İspaniya hökumətinə, konkret olaraq, Mursiya Katolik Universitetinə bizə bu tədbirin keçirilməsinə şərait yaratdıqları üçün minnətdarlğımı bildirirəm. Mənim üçün bu tədbirdə Azərbaycandan gələn nümayəndə heyətini və onun rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrətləri ilə bir araya gəlmək böyük bir şərəfdir.
Ümid edirəm ki, tezliklə bu konfransla əlaqədar digər tədbirlər İspaniyada olduğu kimi Azərbaycanda da keçiriləcəkdir.
Son olaraq, konfrans iştirakçılarının hər birini bir daha ayrılıqda salamlayır və konfransın işinə uğurlar arzu edirəm.

İspaniya Ədliyyə Nazirliyinin nümayəndəsi: Rikardo Garsiya
Hörmətli Xanımlar və cənablar!

Bu tədbirdə iştirak üçün dəvətinizə görə minnətdarlığımı bildirirəm. Üzürlü hesab edin ki, bu gün bu tədbirdə bizim Ədliyyə Nazirimiz cənab Rafael Katala, Dini Qurumlarla İş və Beynəlxalq Əməkdaşlıq Departamentinin Baş Direktoru cənab Xavyer Herrera və Çox hörmətli Kardinal Antonio Kanizares həzrətləri iştirak edə bilmirlər.Onların adından mən,sizlərin hər birinizə salamlarını çatdırıram.
Çıxışımı qısaca bir şəkildə İspaniyada dini azadlıq modeli barəsində etməyə çalışacam.

Bizim model birgəyaşayış və insan azadlıqları prinsipinə əsaslanaraq,tərtib olunmuş bir modeldir. Bu ali hüquq İspaniyanın 78-80-ci illər Konstitusiyasında təsbit olunaraq,bu gün bizi qəbul edən bu mötəbər Universitetin sahibi kimi gündən günə daha da yeniləşərək, gəncləşir. Belə ki,bu hüquq beynəlxalq müqavilələr və beynəlxalq məhkəmələr, konkret olaraq da İnsan Hüquqlarına dair Avropa Məhkəməsi vasitəsi ilə hüquqi nəzarəti altında tənzimlənir.
Bizim hüquq və sosial sistemimiz bütün dini qurumların azaqdlıqlarının milli və beynəlxalq səviyyədə, hüquqi sosial cəhətdən tanınmalarını təmin edir. Bu sahədə biz, müxtəlif dini konfesiiyalarla, eləcə və Vatikan dövləti ilə sazişlərə imza atmışıq.
Son olaraq, din məfhumunun idarə olunmasında şəffaflıq prinsipini qeyd etmək istərdim. Biz dünyanın yeganə ölkəsiyik ki,Ədliyyə Nazirliyinin internet səhifəsində dini azadlıq adlı bölüm yer alır və hər bir insan, bu səhifəyə girərək, İspaniyada qeydiyyata alınmış nəinki hər hansı bir dini qurum, həmçinin, ölkə ərazisindəm mövcud olan bütün vətəndaşların dini azadlıq hüquqlarını həyata keçirə biləcəyi dini məbədlərə (məsçid, sinaqoq vəs.) dair məluat əldə edə bilərlər.
Bir daha Ədliyyə Naziri və Dini Qurumlarla İş və Beynəlxalq Əməkdaşlıq Departamentinin Baş Direktoru adından təşəkkür edirəm və Ədliyyə Nazirliyinin Dini Azadlıq sahəsində istənilən əməkdaşlıq təkliflərinizi qəbul etməyə hazır olduğumuzu bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri: Kamal Abdullayev
Təşəkkür edirəm hörmətli Sədarət, əziz müəllimlər, tələbələr, dəyərli konfrans iştirakçıları!

Biz artiq ikinci gündür İspaniya torpağındayıq və müasir dövrümüz üçün son dərəcədə əhəmiyyətli bir problemin həlli üçün toplaşmışıq.
Bu gün dünyanın səmavi dinləri ölkələr üçün, xalqlar üçün nə verə bilər? Mən bu gün Mursiyaya gələndə,qəlbimi xüsusi bir həyəcan hissi bürüdü. Təxminən 15 il əvvəli xatırladım. 15 il öncə Papa II İohan Pablo Azərbaycana səfər etmışdir və biz bu gün onun heykəli önündə onun ruhunu bir daha yad etdik.Onu Azərbaycana Azərbaycan Prezidenti mərhum Heydər Əliyev dəvət etmişdir və Papa Azərbaycanda gördüklərini dilə gətirərək, bu ölkədə necə dərin multikultural ənənələrin mövcudluğunu hələ o zaman qeyd etmişdir.Təxminən bir neçə ay bundan əvvəl biz, Papa Fransiski Azərbaycana dəvət etdik. Onu Azərbaycana Azərbaycan Prezidenti İlham Əliyev dəvət etmişdir və Papa Fransisk də, Azərbaycanın tolerant və multikultural dəyərlərə malik bir ölkə olduğunu bir daha gözləri ilə gördü və öz sözləri ilə təsdiq etdi.
Bu gün biz İspan torpağına multikultural bir nümayəndə heyəti ilə gəlmişik. Azərbaycanda böyün hörmət və nüfuza malik olan, təkcə Azərbaycanın deyil, bütün Qafqazın Şeyxülislamının rəhbərliyi ilə Katolik Kilsəsinin, Pravoslav Kilsəsinin, Yəhudi Dini İçmasının rəhbərlərinin, İspan torpağında, İspaniyanın din xadimləri ilə birlikdə müzakirələrə qatılması, son dərəcədə əhəmiyyətli və önəmli bir hadisədir.

Azərbaycan qədim mədəniyyətə və tarixə malik olan Şərq və Avropa ölkəsidir. Uzun əsrlərdən bəri bu ölkədə müxtəlif dini konfessiya nümayəndələri qardaş kimi yaşayiblar. Elə bu ənənəyə arxalanaraq, Azərbaycan Prezidenti, bu ölkədə 2016-cı ili "Multikulturalizm İli" kimi elan etdi. Bu gün, bu gözəl kilsədə imzalanan Universitetlərarası sazişin özü də, bunu təsdiq edir. Mən hər iki rektoru ürəkdən təbrik edirəm,ümid edirəm ki, Azərbaycanda İspan xalqınl, ispan mədəniyyətini sevənlərin sayı çox olduğu kimi, İspaniyada da Azərbaycanı sevənlərin sayı da çox olacaq. İspaniya dünyaya böyük dühalar vermiş bir ölkədir. İspaniyanı biz Lope de Veganın, Servantesin bir vətəni kimi daha çox sevmişik və iananıram ki,bu əlaqələr möhkəmləndikcə, dinlərimiz arasında tolerant münasibətlər dərinləşdikçə, Univeritetlərimiz arasında yaranan bu münasibətlər genişləndikçə, hər iki xalq bir birini daha yaxşı tanıyacaq və dünyada,beynəlxalq aləmdə həmişə bir birinin yanında olacaqlar.
Konfransın təşkilatçılarına və iştirakçılarına dırin hörmət və ehtiramımı bir daha bildirirəm,onun işinə uğurlar arzulayıram, İnanıram ki, o, gələcəkdə öz missiyasını Allah qarşısında,Xalq qarşısında, Dövlət qarşısında yerinə yetirəcəkdir. Təşəkkür edirəm.

Roma Katolik Kilsəsinin arxiyepiskopu: Kardinal Antonio Mariya Rouko Varela
İspaniya Universitetləri arasında ən gənc və qabacqıl Universitetlərdən olan Mursiya Katolik Universitetində olmaqdan məmnunam və bu dəvətdən dolayı Universitetin rəhbəri cənab Xose Luis Mendoza cənablarına minnətdarlığımı bildirirəm.
Eyni zamanda bu tədbirin təşkilatçısı Ali Evsen cənabları başda olmaqla, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinə təşəkkürümü, eləcə də, Kartaxena Yeparxiyasının Yepiskomu Xose Manuel Lorka Planes həzrətlərinə öz yeparxiyası ərazisində bizi qəbul etdiyinə dərin ehtiramımı bildirirəm.
"Dinlərarası Dialoqun Sülh və Multikultural Həyata Töhfəsi" konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Azərbaycan nümayəndə heyətini, Bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri başda olmaqla, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm vı Dini Məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdullayev cənablarını, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cənablarını, dini konfessiya rəhbərlərini, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov cənablarını, eləcə də İran, İraq, İsraeldən gələn qonaqları salamlayır və xoş gəldiniz deyirəm və son olaraq Universitetin müəllim və tələbə heyətinə tədbirə qatıldıqlarından dolayı təşəkkürlərimi çatdırıram.


Müasir dövrün münaqişələrinə rəğmən, sevincli haldır ki, nəinki təkcə xristian dini daxilində (pravoslav, lüteran, anqlikan, katolik), həm də qeyri-xristian dinləri arasında dialoq mövcuddur və təşfiq olunur. Katolik Kilsəsi hazırda, II Vatikan Konsiliumu tərəfindən hazırlanan xristian dininin vahidliyi, tamlığının qorunması istiqamətində tədbirlər planını həyata keçirir. Qeyri-xristian dinlərinə münasibətlərinə gəlincə, Vatikan Şurası tərəfindən 28 oktyabr 1965-ci ilin Nostra Aetate Deklarasiyası böyük əhəmiyyət kəsb edir. Bu sənəddə qeyri-xristian dinləri arasında olan ortaq nöqtələr göstərilir və bu oxşarlıqlardan qaynaqlanan dialoq və əməkdaşlığın təşviqinə və təbliğinə böyük önəm verilir.
Katolik Kilsəsi İbrahim peygəmbərin ilk inancından başlayaraq, Tək, Uca, Rəhman və Rəhim, Yerlərin və Göylərin Yaradanı olan Allaha inanan müsəlmanlara xoş məramla və dərin hörmətlə yanaşır və xristianları insanlığın rifahı naminə müsəlmanlarla təkçə dialoq aparmağa deyil, həm də sıx əməkdaşlığa çağıraraq deyir: "İnsanın və İnsanlıq aləminin sağlam inkişafı üçün bir olan Allaha ümumi inamla bir istiqamətdə baxaraq, bərabər çalışmaq gərəkdir".
Eyni deklarasiyada, Yəhudi dini ilə münasibətlərə də yer ayrılaraq deyilir ki, bu iki din arasında zəngin mənəvi, ümumi sərvət mövcuddur, belə ki, bu mənəvi sərvət naminə, qardaşlıq şəraitində dialoq davam etdirilməlidir. Cəmiyyətin qardaşlığa, tolerantlığa, qarşılıqlı hörmətə əsaslanan bir əməkdaşlığa ehtiyacı var.
Papa Fransisk bu ilin sentyabr ayının 20-də Asis Konfransında söylədiyi kimi: "Bizim silahımız yoxdur, bizim gücümüz dualarımızdadır". Bütün din və mədəniyyətlər qardaşın qardaşla əməkdaşlığına, qarşılıqlı hörmət və anlaşmaya, dialoq yönümlü və tolerant olmağa çağıran bir sülhə xidmət edirlər və onun daşıyıcısıdırlar. Bu baxımdan müxtəlif dindən olan insanların sülh şəraitində birgəyaşayış modeli sayıla bilən Azərbaycandan gələn nümayəndə heyətinin aramızda olması, bu tədbirdə iştirakı son dərəcədə böyük əhəmiyyət kəsb edir. Əminəm ki, "Dinlərarası Dialoqun Sülh və Multikultural Həyata Töhfəsi" Konfransı kimi oxşar tədbirlərin keçirilməsi cəmiyyətdə mövcud olan müxtəlif dini konfessiya nümayəndələri arasında dinamik bir dialoqun və əməkdaşlığın yaradılmasına kömək edəcək və bəşəri sülhə öz töhfəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə
Bismillahir Rəhmanir Rəhim,
Mursiya Katolik Universitetinin sahibi və rəhbəri cənab Xose Luis Mendoza!
Möhtərəm Kardinal Antonio Maria Rouko!
Möhtərəm Kartaxena Yepiskopu Xose Manuel Lorca!
Möhtərəm Silverio Niyeto!
Hörmətli sədarat, hörmtli konfrans iştirakçıları, tələbələr!


Mən bu gün çıxışımı oxumayacam, belə ki, siz daha öncə seyr etdiyiniz videoda çıxışımın məzmunu demək olar ki, gördünüz. Bununla bərabər mən istərdim Dövlət başçısı İlham Əliyev cənablarının sizlərə və bütün İspan xalqına salamlarını çatdırım. Fürsətdən istifadə edərək, bu yaxınlarda yenidən seçilmiş Baş Nazir Mariano Raxoy cənablarını və bütövlükdə İspan xalını təbrik edirəm. İspan xalqına sülh və əminəmanlıq arzulayıram.
Konfransa xeyir dualarımı verirəm və onun işinə uğurlar arzulayıram. Mən həyatımın 40 ilini dini lider kimi fəaliyyətə həsr eləmişəm, bu 40 il ərzində deyə bilərəm ki, iştirak etdiyim ən təsiredici konfranslardan biridir və hər zaman yaddaqalan görüş olaraq xatirəmdə qalacqdır. Ümid edirəm ki, bu tip görüşlər gələcəkdə istər İspaniyada, istər Azərbaycanda İnshallah davam edəcəkdir.
Bu gün iki universitet arasında bağlanan müqavilə və ümumən bu tip tədbirlər iki xalqın arasında dostuğa, qardaşlığa və bütün sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəkdir. Hər xalqın özünəməxsus problemləri, çətinlikləri olduğu kimi müsbət məqamları da var. Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki,Ulu Öndər Heydər Əliyev həzrətləri müstəqillikdən əvvəl və sonra bu dövlətə rəhbərlik etdi və bu gün də onun əsasını qoyduğu uğurlu siyasət onun varisi İlham Əliyev həzrətləri tərəfindən layiqincə davam etdirilir. Bu siyasət tolerantliq, multikulturalizm, qardaşlıq və dostluq siyasətidir və biz bundan qürur duyuruq.
Amma, çətinliklərimiz də vardır. Bizi narahat edən problemlərdən biri də odur ki, torpaqlarımızın 20 faizinin Ermənistan işğalçıları tərəfindən zəbt olunması və bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin olması, bu ərazilərdə məsçidlərin, kilsələrin, sinaqoqların dağıdılmasıdır ki, bu da bizə, bizim mədəniyyətimizə zərbə vurmuş, inkişafımıza öz təsirini göstərmişdir. Amma, bütün bunlara rəqmən biz, məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Mən bir din xadimi kimi Qurandan bir Ayə demək istərdim: "O şəxslər ki, bilirlər və bilməyənlərlə bərabər deyillər, onların çox böyük fərqləri var". Elm hər şeydən yüksəkdir, elmin milləti yoxdur, dini yoxdur, əqidəsi yoxdur, ayrı-seçkiliyi yoxdur,vətəni yoxdur. O, hər şeydən yüksəkdir. Elmdən yuxarı, yalnız Allahın varlığı var. Ona gorə də biz bu məbəddəyik, bu tədbirdə iştirak edirik. Mən arzu edirəm ki, bu məbəddəki tələbələr gələcəkdə, dünya içtimaiyyətinə, dünya mədəniyyətinə, dünya tarixinə, dünyada sülhün, qardaşlığın qorunmasına çox böyük təsir göstərəcəklər, öz əməllərində bunu əsas tutacaqlar.

Mən xüsusi ilə Xose Luis Mendoza cənablarına bu şəraiti bizə yaratdığı üçün öz təşəkkürümü bildirirəm. Həmçinin xüsusi olaraq, həm Madrid, həm də bu günkü Mursiya Konfransının təşkilatçısı Ali Evsen həzrətlərinə, eləcə də Azərbaycanın İspaniyadakı Səfiri Anar Məhərrəmov cənablarına öz minnətdarlığımı bildirirəm. Çox hörmətli Kardinal, Antonio Maria Rouko Varela həzrətlərinə xüsusi təşəkkürümü bildirirəm ki, öz iştirakı ilə bu tədbiri işıqlandırdı. Çox sağ olun, mən arzu edərdim ki, sizləri Azərbaycanda, Azərbaycan torpağında görməyə müvəffəq olum. Əs Salamu Əleyküm.

Kartaxena Yeparxiyasının Yepiskopu: Xose Manuel Lorka Planes
Hörmətli konfrans iştirakçıları, Xoş gəlmişsiniz!

Bu Universitet sizi qəbul etmək üçün qapılarını sizin üzünüzə taybatay açdı. Düşünürəm ki, bu məqam, Allahın bizə bir bəxşişidir və dostluq, əməkdaşlıq, ümid üçün bir fürsətdir.

Bu sözlər həqiqətən də, mənim ürək sözlərimdir, inanın. Sizin ölkənin dini tolerantlıq, multikultural ənənələri bizim üçün bir örnək modelidir və bu da bizi vahid bir amala xidmət edərək yeni bir insan cəmiyyətinin yaradılması üçün qüvvələrimizi səfərbər etməyə ruhlandırır.
Sağ olun, Allah Sizləri qorusun!

Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri: Mübariz Qurbanlı
Hörmərli Sədarət, dəyərli konfrans iştirakçıları!

Mən sizin hamınızı salamlayıram. Bir az əvvəl, iki Universitet arasında bir sənəd imzalandi və bu çox uğurlu bir sənəddir. Bu münasibətlə hər iki Universiteti təbrik edir,müvəffəqiyyətlər arzulayıram. Dünyanın müəyyən dövrlərində bəşəriyyət müxtəlif çətinliklərlə üz-üzə qalırdı, bu gün də, dünyamızın özünəməxsus problemlri var.XXİ əsrin 16-cı ilini başa vurmaqdayıq və bu əsrdə müəyyən problemlərlə nüz-üzə qalmışıq.
XX əsrdə bəşəriyyət iki böyük müharibə ilə üz-üzə qaldı və çoxlu insan itkisinə yol verildi. Bu dünya müharibələri millətçilik üzərində ququldusa, bu gün dünyadakı münaqişələr dinlər və mədəniyyətlər arasındakı səviyyəyə gəlib çatmaq təhlükəsi ilə üzləşib. XXI əsrin 15 ili ərzində dünyanın ayrı-ayrı bölgələrində münaqişə ocaqlarında müharibələr, terrorlar nəticəsində 2.5 milyon nəfər insan həlak olub və biz bu münaqişələrə diqqət yetirseək, onların arasında dini zəmində olan toqquşmaları da görə bilərik. Dünyanın müxtəlif bölgələrində ksenofobiya, islamafobia, antisemitizm elementləri qabarıq şəkildə görünür. Bu halların aradan qaldırılması üçün müxtəlif dini konfessiya nümayəndələrinin vaxtaşırı toplaşaraq müzakirələr aparmalarına ehtiyac var. Biz müxtəlif dinlərə mənsub olsaq da, bizim hər birimizin mənsub olduğu dinlərin hamısı sülhə çağıran dinlərdir.
Bir az əvvəl burda biz İslam dininin nümayəndəsi Allahşükür Paşazadə həzrətlərinin çıxışını dinlədik. Bu çıxış, başdan ayağa sülhə çağırışla dolu fikirlərə əsaslanmışdı. Eyni zamanda Kardinal Antonio Maria Roukonun da çıxışında sülhə çağırş, dinlərarası və məzhəblərarası tolerantlığa çağırış var idi.

Bizim planetimiz çox kiçikdir və bu planetin bir başında baş verən hadisələr, digər tərəfə mütləq təsir gostərir. Bu gün yaxın şərqdə baş verən hadisələr, insan ölümləri, miqrant axını və s. Hamımıza müəyyən problemlər yaşadır. Bu problemlərdən çıxış yolu varmı? Əlbəttə ki, var. Bu da multikultural dəyərlərdirin qəbul edilməsidir. Noyabr ayının 16-da BMT-nin qəbul etdiyi qərara görə bütün dünyada hər il olduğu kimi, bu il də Tolerantlıq İli kimi qeyd olunacaq. Azərbaycan hökuməti Prezident İlham Əliyev tərəfindən ölkədə tolerantlıq siyasəti həyata keçirir və bu gün bu siyasət əyani şəkildə özünü göstərir ki, Azərbaycandan gələn nümayəndə heyətinin tərkibində bütün dini konfessiyaların nümayəndələri bir aradadır. Bu təkcə burda deyil, onlar Azərbaycanda da hər zaman bütün tədbirlərdə bərabərdirlər.
Konfransın işinə uğurlar arzulayır, onun təşkilatında əməyi olan insanlara təşəkkür edirəm. Qonaqpərvərliyə görə bütün İspaniya xalqına təşəkkür edirəm və çox arzu edərdim ki, bütün dünyada tolerantlıq və multikultural qürur bütün ölkələrə yayılsın və dünyamız hər hansı bir sivilizasiyalararası qarşıdurma ilə üzləşməsin. Sağ olun!

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein
Азербайджан – страна с богатой культурой, древней историей, красивыми традициями и тонким религиозным чутьем. Исторически в Азербайджане проживали представители разных религий: зороастрийцы, христиане, иудеи и мусульмане. Азербайджанский народ всегда был терпим к другим религиям и относился к ним уважительно. Это национальная черта азербайджанского народа, его менталитета.
В Конституции Азербайджанской Республики закреплено положение о равенстве всех религий перед законом. Государство выступает гарантом прав и свобод каждого гражданина независимо от религиозной и национальной принадлежности. В Азербайджане нет религиозных или национальных улиц, кварталов. В одном дворе, в одном доме живут представители разных национальностей и религий. Много смешанных браков. Каждый с уважением относится к религиозным чувством другого человека. Во всех сферах государственной жизни, в правительстве, Милли Меджлисе, бизнесе, образовательных учреждениях присутствуют представители разных национальностей и религий.
Удачная модель взаимоотношений в сфере «государство – религия» имеет свои положительные результаты. Широко празднуются религиозные праздники всех традиционных религий, проводятся реставрации религиозных зданий, построены новые современные синагоги для нужд религиозных общин евреев, реставрируются православные храмы, построен Православный религиозно-культурный центр Бакинской епархии.

Положительная динамика развития межрелигиозного диалога характеризуется не только усилиями государственной политики, но и желанием самого народа жить в мире и добрососедстве.
Исторический опыт, накопленный многонациональным азербайджанским народом в области построения межрелигиозного и межкультурного диалога, активно используется Азербайджаном в деле укрепления мультикультурного общества.
О высоком уровне межрелигиозного диалога свидетельствуют не только слова представителей религиозных общин Азербайджана, но и неправительственных организаций Европы. В 2013 году ими был подготовлен отчет о жизни немусульманских религиозных общин Азербайджана, который был презентован в Европарламенте.

Azərbaycan Katolik Kilsəsinin ordinarisi: Vladimir Fekete
Hörmətli Kardinal həzrətləri!
Hörmətli Şeyx həzrətləri!
Dəyərli Sədarat!
Dəvətinizə və mənə fikirlərimi bölüşmək imkanını qazandırdığınız üçün sizə öz dərin minnətdarlığımı bildirirəm.


Məndən öncə çıxış edən natiqlər Azərbaycanda dini və mədəni tolerantlıq mühitindən danışdılar. Mən də öz növbəmbə bunu qeyd etməyə bilmərəm. Papa Franciskin Azərbaycana Səfəri, eləcə də mənim də bu gün burada olmağım, bu reallığın açıq bir təzahürüdür. Mən Azərbaycana ilk gəldiyimdə bu ölkənin tarixi,mədəniyyəti barədə olan, eləcə də islam dini mənbələri ilə məlumatlandım. Bununla yanaşı, bu ölkədə yaşayan gözəl insanlarla tanışlıq mənə daha münbit bir dialoqun mövcudluğunu dərk etməyə yardımçı oldu. Dialoqun mümkünlüyünü şərtləndirən amillərdən biri də digər dinlərərə hörmətlə yanaşılmadır.
Təəssüf ki, dünyada bir çoxları yalnız öz dinləri ilə qürür duyaraq, onlarla eyni şəkildə düşünməyənlərin fikirlərinə hörmətsiz bir şəkildə yanaşaraq, onu qəbul etmirlər. Amma, Azərbaycanda mövcud bütün dini konfessiyalar müsəlman dini ilə eyni səviyyədə hörmətlidirlər və bu da çox təqdirəlayiq bir məqamdır.
Digər şərtlərdən biri də dini liderlərin uyğun bir səviyyədə formalaşdırılmasına və təliminə önəmin verilməsidir.Əyər dini liderlər öz məqsədlərinə uyğun bir şəkildə hərəkət etsələr, vətəndaşlar da, öz dini liderlərin sözünü tez eşidər və onların göstərdiyi yolla irəliləyərək, daha sağlam bir cəmiyyətin layiqli vətəndaşlarına çevrilərlər. Arzum odur ki, Ulu tanrı bütün dini liderlərə öz üzərlərinə düşən missiyaları layiqincə yerinə yetirməkdə yardımçı olsun. Səbr və diqqətinizə görə təşəkkür edirəm!

Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev
Hörmətli Sədarət!
Hörmətli tədbir iştirakçıları!


Bu günkü gün mənim qəlbimdə qürur hissi ilə şirin bir xatirə kimi qalacaq.Mən Allahdan arzu edərdim ki, Azərbaycanın qədim, zəngin tarixi olan kimi İspan xalqının da qədim, zəngin tarixi var və İspan xalqının gələcək günləri elə xoş günlərdən ibarət olsun ki,onların qəlbində xoş xatirətək qalsın.
25 il bundan öncə, belə bir müqavilənin bağlanması bizə bir yuxu kimi görünə bilərdi. Azərbaycan bu 25 il ərzində yüksək sürətlə inkişaf edərək,həm din, həm mədəni, həm də iqtisadi cəhətdən inkişaf etmişdir və bu gün imzalanan müqavilə, Azərbaycanın bu günkü həqiqətlərinin canlı təzahürüdür.
Dünyanın gələcəyi məhz din xadimlərinin, dünyada mədəniyyətlərin, dinlərin bir-biri ilə dialoqunun nəticələrindən asılıdır. Ona görə də, möhtərəm Şeyx həzrətərinin hər zaman söylədiyi kimi, "Siyasətçilərin korladığı işlərin həlli məsuliyyətini, din xadimlərinin ürərinə qoyurlar ki, sülh yolu ilə həll etsinlər". Ona görə də mənim Allah Təaladan diləyim odur ki,qoy Azərbaycan xalqına xoş günlər, xoş anlar qismət eləsin, İspan xalqını da Allah Təala öz qanadı altına alaraq, şər qüvvələrdən hifz eləsin. Arzu edirəm ki, bu gün imzalanan elmlər, dinlər, mədəniyyətlər arasındaki saziş, hər iki xalqın xoş gələcəyinə xidmət eləsin. Sağ olun.

Bakı Dövlət Universitetinin rektoru: Abel Məhərrəmov
Hörmətli konfrans iştirakçıları, əziz müəllimlər və tələbələr! İlk növbədə hər birinizi salamlayıram və bu gözəl diyarda, gözəl Universitetdə olmaqdan məmnunluq hiss keçirirəm.

Tələbələrin marağını artırmaq üçün, çıxışımı çox maraqlı, bir neçə statistik məlumatla başlamaq istəyirəm. Dünyada 7 milyarddan bir az çox əhali yaşayır və 200dövlətdə 150 milyondan bir az çox Universitet var. Bunlardan 1.300-ü Katolik Universitetidir və statistik göstəricilərə görə digər universitetlərlə müqayisədə dünyada Katolik Universitetlərinin reytingi getdikçə, dinamik bir şəkildə artır. Bu da ondan irəli gəlir ki, burada elm, təhsil, din vəhdəti və sintezinin inteqrasiyası çox yüksək bir səviyyədədir. Ona görə bu gün çox hörmətli alimlər, din xadimləri bura gələrək, tələbələrlə bu konfransı keçirdərək, bu dəyərlərə xüsusi önəm vermək üçün toplaşmışıq. Bu üçlük-elm, təsil və din birləşırsə idmanda da önə çıxmaq olur, necə ki,bu gün bu Universitetin tələbələri idman sahəsində qələbələr qazanırlar.
Günbəgün cəmiyyətdə Universitetlərin rolu önə çəkilir. Əyər qlobal düşüncədən danışırıqsa, Universitetlərin rolu böyükdür. Amerikanın 32-ci Prezidenti olan Franklin Ruzvelt universitetlər barədə belə bir fikir söyləmişdir: "Amerika Universitetləri ona görə güclü deyillər ki, super dövlət olan Amerika Universitetləridir. Amerika ona görə güclü dövlətdikr ki, çox güclü Universitetləri var".
Bu düşüncələri yekunlaşdıraraq, istərdim Bakı Dövlət Universiteti bardə sizlərərin diqqətinə bəzi məlumatları çatdıram, belə ki, bü gün biz iki Universitet arasında müqavilə bağlamışıq və tələbələrin bizim Universitet barədə məlumatı olmasını istədim. Bu baxımdan, sizə məlumat xarakterli bir təqdimat hazırlanıb ki, əyani şəkildə onunla tanış ola bilərsiniz. Bakı Dövlət Universiterində 21 000 dən artıq tələbə təhsil alır. 5000-ə yaxın əməkdaş var. Universitetin nəzdnində bir neçə elmi təqdiqat İnstitutu fəaliyyət göstərir, 19 dövlətin və millətin tələbələri təhsil alır Universitetimizdə. 17 Fakultəmiz var və Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində ayrıca bir studiyası var.
Quba rayonunda bizim Universitetinin tədris, təcrübə və istirahət mərkəzi fəaliyyət göstərir. Burada yay və qış mövsümündə 500-dən çox tələbə və müəllim həm tədris, təcrübə və istirahət edə bilir. Universitet din xadimləri ilə sistematik görüşlər keçirir. Azərbaycanda böyük nüfuza malik olan Şeyx həzrətləri ilə sıx münasibətlərimiz var, o, eyni zamanda bizim Universitetin professorudur. Burada, sədarat masasında iştirak edən görkəmli şəxsiyyətlərin əksəriyyəti Universitetimizlə sıx əməkdaşlıq edir, bunlardan, Ali Evsen cənablarını, Mübariz qurbanlı cənablarını, Katolik və Pravoslav Kilsələri nümayəndələrini, Kamal Abdullayev cənablarını qeyd etmək istərdim. Biz də çalışırıq ki, Universitetimizdə sizin bu Katolik Universiteti kimi, Elm, Təhsil və Din sintetizinin vəhdətini yaradaq.
Çıxışımı iki cümlə ilə yekunlaşdırıram. Dünyada insan adan olanda din artıq onun alnına yazılır, yəni dinin seçimi insandan asılı deyil. Amma insan inkişaf etdikçə, digər din sahibləri ilə əl-ələ verib sülh axtarmalıdır. Mən əminəm ki, sülh yolunda Universitetlərin əməyi böyük olacaq və bu gün imzalanan saziş, hər iki Universitetin inkişafına yeni bir töhfə verəcək. Son olaraq, təşkilatçılara və xüsusi olaraq, bu Universitetin rəhbəri Xose Luis Mendoza cənablarına öz dərin təşəkkürümü bildirirəm. Sağ olun.