Española versión
   "Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhfəsi" Konfransının ikinci hissəsi Mursiya şəhərindəki "Sülh naminə Beynəlxaq Universitet" kimi tanınan Mursiya Katolik Universitetində təşkil edildi.
   Öz səmimiyyəti və qonaqpərvərliyi ilə seçilən bu möhtəşəm Universitetin rəhbəri və sahibi Xose Luis Mendoza cənabları tədbirin keçirilməsi təşəbbüsünü dəstəkləyən ilk rəsmilərdən olmuş və ilk gündən bu sahədə əməkdaşlığını və dəstəyini əsigəməyərək, Azərbaycan nümayəndə heyətinə Universitet mühitində, Azərbaycanın mədəni və dini rellığını, multikultural ənənələrini geniş ispan auditoriyasına təqdim etmələri imkanını qazandırmışdır.
   Universitetin rəhbərliyi ilə ilkin tanışlıqdan və nümayəndə heyəti üçün xüsusi olaraq təşkil edilən Universitet binası və fakultələrə tanışlıq turundan sonra, Kofrans çərçivəsində Mursiya Katolik Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması mərasimi baş tutdu.
   Hazırda demək olar ki, bütün qitələrində münaqişələrin olduğu cağdaş dünyamızda, sülh və birgəyaşayış mədəniyyətinin cəmiyyətin ən ali dəyərləri kimi gənc nəsillərə təlqin və təbliğ olunmasında Universitetlərin məsuliyyətini nəzərə alaraq, bu müqaviləni konfrans çərçivəsində həyata keçirilən "tarixi məqam" kimi dəyərləndirmək olar.

AZERTAC NEWS AGENCY
Conference highlighting contribution of interreligious dialogue to multiculturalism held in Spain
AZERNEWS
Madrid highlight contribution of inter-religious dialogue to multiculturalism
LA RAZON NEWSPAPER
Spanish paper highlights conference co-organized by Evsen Group and Catholic University of Murcia
LAOPINION DE MURCIA
Musulmanes, ortodoxos, judíos y católicos, unidos por la paz en la UCAM
RELIGION NEWS
Las religiones y su contribución a la concordia y a la paz
REPORT NEWS AGENCY
Madrid hosts international conference organized by businessman Ali Evsen
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin diplomatik korpusun rəhbərləri, elm və din xadimləri iştirak və çıxış ediblər.
HAMISINA BAX