Española versión
   "Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhfəsi" Konfransı çərçivəsində İspaniyanın bir sira rəsmi structurlarında görüşlər planlaşdırılmışdır. Bu görüşlərdən biri konfrans öncəsi, 08 Noyabr 2016-cı ildə İspaniya Senatında baş tutdu.
   Senata səfər zamanı Azərbaycandan gələn nümayəndə heyətini Senat Sədri cənab Pio Garsiya Eskudero qəbul etdi. Səmimi dostluq şəraitində keçən görüş zamanı Ali Evsen cənabları Senat Sədrinə Konfransın ümumi məqsədi barədə məlumat verərək, Azərbaycan nümayəndə heyətinin üzvləri təqdim etdi. Bu təşəbbüsü alqışlayan və görüşdən məmnun olduğunu bildirən Senat Sədri Konfransın işinə uğurlar və Azərbaycan nümayəndə heyətinə xoş bir səfər arzuladı. Görüşün sonunda Senat Sədri tərəfindən Azərbaycan nümayəndə heyətinin rəhbəri, çox hörmətli Şeyx həzrətlərinə İspaniya Senatının xatirə nişanı təqdim edildi.
   Öz növbəsində Ali Evsen cənabları Senat Sədrinə xatirə medalı, Azərbaycan nümayəndə heyəti adından Kamal Abdullayev cənabları isə Azərbaycandan gətirilmiş bir sıra xatirə hədiyyələri təqdim etdilər. Görüş Senatın Katibliyi tərəfindən təşkil olunan Senat binası ilə tanışlıqla başa çatdı.

AZERTAC NEWS AGENCY
Conference highlighting contribution of interreligious dialogue to multiculturalism held in Spain
AZERNEWS
Madrid highlight contribution of inter-religious dialogue to multiculturalism
LA RAZON NEWSPAPER
Spanish paper highlights conference co-organized by Evsen Group and Catholic University of Murcia
LAOPINION DE MURCIA
Musulmanes, ortodoxos, judíos y católicos, unidos por la paz en la UCAM
RELIGION NEWS
Las religiones y su contribución a la concordia y a la paz
REPORT NEWS AGENCY
Madrid hosts international conference organized by businessman Ali Evsen
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin diplomatik korpusun rəhbərləri, elm və din xadimləri iştirak və çıxış ediblər.
HAMISINA BAX