Española versión
   "Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhfəsi" Konfransının ikinci hissəsi Mursiya şəhərindəki "Sülh naminə Beynəlxaq Universitet" kimi tanınan Mursiya Katolik Universitetində təşkil edildi.
   Öz səmimiyyəti və qonaqpərvərliyi ilə seçilən bu möhtəşəm Universitetin rəhbəri və sahibi Xose Luis Mendoza cənabları tədbirin keçirilməsi təşəbbüsünü dəstəkləyən ilk rəsmilərdən olmuş və ilk gündən bu sahədə əməkdaşlığını və dəstəyini əsigəməyərək, Azərbaycan nümayəndə heyətinə Universitet mühitində, Azərbaycanın mədəni və dini rellığını, multikultural ənənələrini geniş ispan auditoriyasına təqdim etmələri imkanını qazandırmışdır.

   Universitetlərarası əməkdaşlıq sazişinin imzalanma mərasimindən sonra 300-ə yaxın insanın iştirak etdiyi Konfransın əsas hissəsinə keçid verildi. Madrid Konfransında olduğu kimi, Mursiyada da tədbir Azərbaycan nümayəndə heyəti ilə yanaşı, bir sıra görkəmli dovlət və hökumət rəsmiləri, mötəbər din xadimləri, Universitet ziyalıları, iş adamları, diplomatik nümayəndəliklər və tələbələrin iştirakı ilə keçirilmişdir. İştirakçılar arasında:

Mursiya Katolik Universitetinin rəhbəri və sahibi Xose Luis Mendoza cənabları
Çox hörmətli Kardinal Antonio Mariya Rouko Varela həzrətləri
Kartaxena Yeparxiyasının Yepiskopu Xose Manuel Lorka Planes həzrətləri
İspaniya Ədliyyə Nazirliyinin nümayəndəsi, eyni zamanda San Visente Martir Valensiya Katolik Universitetinin Strateji Planlama üzrə rektor müavini Rikardo Garsíya Garsíya cənablarını
İraq Parlamentinin sabiq spikeri Ali Mehdi Javad Aldabbaq cənabları
Konfransa moderatorluq edən Mursiya Katolik Universitetinin Kilsə-Dövlət və Beynəlxalq münasibətlər kafedrasın rəhbəri, Silverio Niyeto Nunyez cənablarının iştirakını qeyd etmək olar. Adı çəkilən rəsmilər Madrid Konfransında olduğu kimi Mursiya Konfransında da çıxış etmiş, dəyərli fikirləri ilə konfransı daha da işıqlandırmışdırlar.

AZERTAC NEWS AGENCY
Conference highlighting contribution of interreligious dialogue to multiculturalism held in Spain
AZERNEWS
Madrid highlight contribution of inter-religious dialogue to multiculturalism
LA RAZON NEWSPAPER
Spanish paper highlights conference co-organized by Evsen Group and Catholic University of Murcia
LAOPINION DE MURCIA
Musulmanes, ortodoxos, judíos y católicos, unidos por la paz en la UCAM
RELIGION NEWS
Las religiones y su contribución a la concordia y a la paz
REPORT NEWS AGENCY
Madrid hosts international conference organized by businessman Ali Evsen
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin diplomatik korpusun rəhbərləri, elm və din xadimləri iştirak və çıxış ediblər.
HAMISINA BAX