Española versión
   "Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhfəsi" Konfransının birinci hissəsi Madrid şəhərində təşkil edildi. Konfransın nəticələri bütün gözlənilən ümidləri doğrultdu. 200 nəfər üçün nəzərdə tutulan konfrans zalında gələn insanları yerləşdirmək üçün əlavə yerlər təşkil edilməli oldu.
   Konfransda Azərbaycan nümayəndə heyəti ilə yanaşı ölkənin bir sıra dövlət və hökumət rəsmiləri, qabaqcıl, ən mötəbər din xadimləri iştirak edirdilər. Onların arasında:
İspaniyanın Ədliyyə Nazirinin Müavini, xanım Karmen Sançes Kortes Martin
Valensiya Arxiyepiskopu Kardinal Antonio Kanizarez həzrətləti
İspaniya Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquqi Əməkdaşlıq və Dini Qurumlarla İş departamentinin baş direktoru Xavyer Herrera
Konfransa moderatorluq edən Mursiya Katolik Universitetinin Kilsə-Dövlət və Beynəlxalq münasibətlər kafedrasın rəhbəri, Silverio Nieto Nunyez cənablarını
Suriya Pravoslav Kilsəsinin Arxyepiskopu Nikolaos Matti həzrətlrini göstərmək olar.

Bundan əlavə Ali Evsen cənablarının xüsusi dəvəti ilə İspaniyaya Konfransa iştirak etmək üçün təşrif buyuranlar:

İsrailin sabiq Prezidenti, xanım Dalia Itzik
İraq Parlamentinin sabiq spikeri Ali Mehdi Javad Aldabbaq cənabları
İran "Ədalət" Universitetinin Rəhbəri Məhəmməd Huseyin Bəyati cənablarını
İranın Səhiyyə Nazirinin müavini Salar Saber Zaemiyan cənablarını, eləcə də Türkiyə, Rusiya və s. ölkələrdən gələn qonaqları xüsusi vurğulamaq olar.
Konfransda həmçinin İspaniyada akreditə olunmuş 25-ə yaxın Səfirlər başda olunmaqla diplomatik korpus nümayəndələri, Ali, Konstitusiya, Milli Audiensiya Məhkəmələri Hakimləri, vəkillər, nüfuzlu iş adamları, Universitet ziyalıları və sair bu kimi şəxsiyyətlərin iştirakı tədbirin nüfuzunu daha da artırmış və təşkilat heyətini daha bir layihə istiqamətində işlərə həvəsləndirmiş oldu.

AZERTAC NEWS AGENCY
Conference highlighting contribution of interreligious dialogue to multiculturalism held in Spain
AZERNEWS
Madrid highlight contribution of inter-religious dialogue to multiculturalism
LA RAZON NEWSPAPER
Spanish paper highlights conference co-organized by Evsen Group and Catholic University of Murcia
LAOPINION DE MURCIA
Musulmanes, ortodoxos, judíos y católicos, unidos por la paz en la UCAM
RELIGION NEWS
Las religiones y su contribución a la concordia y a la paz
REPORT NEWS AGENCY
Madrid hosts international conference organized by businessman Ali Evsen
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin diplomatik korpusun rəhbərləri, elm və din xadimləri iştirak və çıxış ediblər.
HAMISINA BAX