Española versión
Müasir dünyamızda sürətlə inkişaf edən qloballaşma prosesi müxtəlif xalqların yaxınlaşmasına şərait yaratdığı kimi, onlar arasında inanclarından dolayı yaranan fərqləri də vurğulamışdır. Nəticədə milyonlarla insan, dinin zorakılıq alətinə çevrilərək, çeşidli səbəblərdən qarşıdurmalara bəhanə edilməsindən əziyyət çəkir.
Sülh umumbəşəri bir məsuliyyətdir və ona doğru yeganə bir yol vardırsa, o da şəffaflıq və qarşılıqlı hörmətə əsaslanan, cağdaş dünyamızı narahat edən bir çox problemlərin birgə həlli olan DİALOQ yoludur. Bu dialoqun əsas nöqtəsini DİNLƏRARASI DİALOQ təşkil edir.
Məhz bu səbəbdən, müxtəlif dinlərin nümayəndələri arasında tolerantlıq, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan, dinlərarası dialoqun təbliği və təşviqi məqsədi ilə 8-10 Noyabr 2016-cı il tarixlərində təşəbbüsümüzə dəstək olan Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi və İspaniyanın Mursiya Katolik Universiteti ilə birgə, müvafiq olaraq Madrid və Mursiya şəhərlərində "Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhfəsi" mövzusuna həsr olunmuş tədbir keçirdik.
Təşəbbüsümüz ilk gündən İspaniya Ədliyyə Nazirliyi tərəfindən, eləcə də Azərbaycan Respublikasında, ölkə başçısı, cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elan edilmiş "Multikulturalizm İli" cərçivəsində müsbət qarşılanaraq tədbir boyu dəstəklədi.
Xatirə medalı: Məqsədimizin təzahürü olaraq, Allah qarşısinda üç dinin bərabərliyinin və sülh naminə birliyinin təcəssümünü əks etdirən, xüsusi olaraq tədbir üçün xatirə medalı təsis etdik.
Medal, bu özəl bir günün yaddaş hədiyyəsi olaraq, bütün tədbir iştirakçılarına və tədbirin həyata keçməsində bizə mənəvi dəstək olan şəxslərə və qurumlara təqdim edildi


"Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhfəsi" mövzusunda keçirdiyimiz konfrans çərçivəsində, Böyük İpək Yolu üzərində yerləşən, Şərq və Qərb arasında mənəvi körpü rolunu oynayan və bu coğrafi şəraitindən dolayı tarix boyu ərazisində müxtəlif dinlərdən olan millətlərin sülh və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı, müsəlman ölkəsi olan Azərbaycan Respublikasının, İspaniyada dini və etnik tolerantlıq nümunələrindən biri olan ölkə kimi tanıdılmasına və bu ölkənin çoxəsrlik dini və multikultural dəyərlərinin geniş ispan auditoriyası qarşısında bu ölkədən gələn mötəbər tərkibli nümayəndə heyəti tərəfindən təqdim olunmasına şərait yaratdıq.

Respublika Prezidenti tərəfindən Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" kimi elan edilməsi yuxarıda qeyd olunan tolerantlıq prinsiplərinin inkişaf etdirilməsinə Dövlət tərəfindən verilən əhəmiyyətin bariz təzahürüdür.

08 Noyabr 2016-cı il, Madrid: "Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhfəsi" Konfransının birinci hissəsi Madrid şəhərində təşkil edildi. Konfransın nəticələri bütün gözlənilən ümidləri doğrultdu. 200 nəfər üçün nəzərdə tutulan konfrans zalında gələn insanları yerləşdirmək üçün əlavə yerlər təşkil edilməli oldu. Konfransda Azərbaycan nümayəndə heyəti ilə yanaşı ölkənin bir sıra dövlət və hökumət rəsmiləri, qabaqcıl, ən mötəbər din xadimləri iştirak edirdilər. Onların arasında:

Ispaniyanın Ədliyyə Nazirinin Müavini, xanım Karmen Sançes Kortes Martin
Valensiya Arxiyepiskopu Kardinal Antonio Kanizarez həzrətləri
İspaniya Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquqi Əməkdaşlıq və Dini Qurumlarla İş departamentinin baş direktoru Xavyer Herrera
Konfransa moderatorluq edən Mursiya Katolik Universitetinin Kilsə-Dövlət və Beynəlxalq münasibətlər kafedrasın rəhbəri, Silverio Nieto Nunyez cənablarını
Suriya Pravoslav Kilsəsinin Arxyepiskopu Nikolaos Matti həzrətlrini göstərmək olar.

Bundan əlavə Ali Evsen cənablarının dəvəti ilə İspaniyaya Konfransa iştirak etmək üçün təşrif buyuran:

İsrailin sabiq Prezidenti, xanım Dalia Itzik
İraq Parlamentinin sabiq spikeri Əli Mehdi Javad Əldabbaq cənabları
İran "Ədalət" Universitetinin Rəhbəri Məhəmməd Huseyin Bəyati cənablarını
İranın Səhiyyə Nazirinin müavini Salar Saber Zaemiyan cənablarını, eləcə də Türkiyə, Rusiya və s. ölkələrdən gələn qonaqları xüsusi vurğulamaq olar.

Konfransda həmçinin İspaniyada akreditə olunmuş 25-ə yaxın Səfirlər başda olunmaqla diplomatik korpus nümayəndələri, Ali, Konstitusiya, Milli Audiensiya Məhkəmələri Hakimləri, vəkillər, nüfuzlu iş adamları, Universitet ziyalıları və sair bu kimi şəxsiyyətlərin iştirakı tədbirin nüfuzunu daha da artırmış və təşkilat heyətini daha bir layihə istiqamətində işlərə həvəsləndirmiş oldu.

10 Noyabr 2016-cı il, Mursiya: "Dinlərarası dialoqun Sülh və Multikultural həyata töhfəsi" Konfransının ikinci hissəsi Mursiya şəhərindəki "Sülh naminə Beynəlxaq Universitet" kimi tanınan Mursiya Katolik Universitetində təşkil edildi.
Öz səmimiyyəti və qonaqpərvərliyi ilə seçilən bu möhtəşəm Universitetin rəhbəri və sahibi Xose Luis Mendoza cənabları tədbirin keçirilməsi təşəbbüsünü dəstəkləyən ilk rəsmilərdən olmuş və ilk gündən bu sahədə əməkdaşlığını və dəstəyini əsigəməyərək, Azərbaycan nümayəndə heyətinə Universitet mühitində, Azərbaycanın mədəni və dini rellığını, multikultural ənənələrini geniş ispan auditoriyasına təqdim etmələri imkanını qazandırmışdır.

Dr. Ali Evsen cənablarının "Dinlərarası dialoqun Sülhə və Multikultural həyata töhfəsi" mövzusuna həsr edilmiş I Konfransın keçirilməsinin nəticələri və yaxın bir gələcəkdə davamı barədə sözləri:
Hörmətli oxucular!
İnsan hər zaman bildiyini düşündüyü, amma heç nə bilmədiyi bir sonsuzluğa doğru koşar. İnsanın həyatı, o sonsuzluğun görünən qismi qədərdir.O görünən qisim, insanın o zaman dilimində mənfisi və müsbəti ilə dosyesıdır.

Dəyərli dostlar!
Bizim bu konfransı təşkil etməkdə məqsədimiz, insanların, yaşadıqları dövr ərzində bu həyat dosyesini doğruluq, dürüstlük, düzgün yolda getmələri zərurətini anlatmaqla doldurmaqdır. Düşünün, insan bəzən elə nöqtəyə gəlib çıxır ki, doğru bildiyi hər hansı bir şeydən şübhə duymağa başlayır. Bu da, onun içindəki imanın yavaş-yavaş azalıb sarsılmağa başladığının göstəricisidir.
İnsanlıq tarixi boyunca insanların doğru yolda imanlı və inanclı şəkildə getmələri zərurətini anladan Peyğəmbərlərimiz, dayanaqları da mübarək kitablarımız olmuşdur. Amma, insanlar, hər zaman yanlış, gərəksiz, özlərinə zərər verən, topluma zərər verən şeytani fikirlərə kapılmışlar. Bu üzdən, dəyərli dostlar! Allah yolunun, Allaha imanın, inancın doğruluq, düzgünlük, hüzur, xoşbəxtlik olduğunu anlatmağa çalışdıq.

Hər üç din Uca Rəbbimiz tərəfindən bizlərin yuxarıda bəlirtdiyimiz keyfiyyətlərə sahib olmamız üçün göndərilmişdir. Onların da Rəbbi, bizim də Rəbbimiz, bir olan Uca Allahdır. Onların kitabları, bizim kitablarımız, onların Peyğəmbərləri, bizim Peğəmbərlərimizdir.
Gəlin həp bərabər, anlaşamadıqlarımızı konuşub, bir-birimizdən uzaqlaşmaqdansa, anlaşa bildiklərimizi konuşub, bir-birimizə yaxınlaşalım!
Gələn il keçirilməsi planlaşdırdığımız konfransın gələcək şüarı olacaq bu cümlə ilə sizləri növbəti konfransımıza dəvət edrəm.

İlk təşəbbüsün, uğurlu nəticələri İspaniya və Azərbaycanla yanaşı bir sıra digər ölkələrdə müsbət təəssürat oyadarq, alqışla qarşılanması və onun davamlı şəkildə keçirilməsi istəyini nəzərə alaraq, yuxarıda qeyd edilən mövzuda sülh və qarşılıqlı anlaşmaya əvəzsiz töhfəsini verəcək növbəti layihəmizdə Allahın izni ilə, gələn il Noyabr ayında Sizlərlə yenidən bir araya gəlmək istiqamətində səylərimizi yorulmadan davam etdirəcəyik.

Ən xoş arzular və dərin hörmətlə,
Dr. Ali Evsen.

AZERTAC NEWS AGENCY
Conference highlighting contribution of interreligious dialogue to multiculturalism held in Spain
AZERNEWS
Madrid highlight contribution of inter-religious dialogue to multiculturalism
LA RAZON NEWSPAPER
Spanish paper highlights conference co-organized by Evsen Group and Catholic University of Murcia
LAOPINION DE MURCIA
Musulmanes, ortodoxos, judíos y católicos, unidos por la paz en la UCAM
RELIGION NEWS
Las religiones y su contribución a la concordia y a la paz
REPORT NEWS AGENCY
Madrid hosts international conference organized by businessman Ali Evsen
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin diplomatik korpusun rəhbərləri, elm və din xadimləri iştirak və çıxış ediblər.
HAMISINA BAX